UEFA-dan "Qarabağ"a mənfi cavab

15:32 2 Sentyabr 2021

"Qarabağ"ın Konfrans Liqasının H qrupunun 1-ci turunda "Bazel"ə qarşı sentyabrın 16-ı keçiriləcək ilk ev oyunu "Azərsun Arena"da da olmayacaq.

Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, UEFA-dan görüşün "Azərsun Arena"da keçirilməsi ilə bağlı mənfi cavab alıblar. G.Abbaszadə senyabrın 6-ı UEFA-nın ölkəmizə nümayəndə göndərəcəyini vurğulayıb.

Klub rəsmisinin sözlərinə görə, UEFA nümayəndəsi Tofiq Bəhramov Adına Respublika stadionu və Bakı Olimpiya Stadionundakı ot örtüyünə baxacaq. Bundan sonra görüşün stadionu ilə bağlı yekun qərar veriləcək.


Digər xəbərlər

Xəbər xətti