Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində ən çox seyv edən qapıçıdır

17:22 2 Sentyabr 2021

UEFA DÇ-2022-nin seçmə mərhələsinin 4-cu turunda dünən keçirilən oyunlardan sonra statistik göstəriciləri açıqlayıb.

Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, millimizin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında 1-ci pillədə qərarlaşıb. O, dünən keçirilən  Lüksemburqa qarşı matçda (1:2) iki dəfə komandasını real qoldan xilas edib. Ş.Məhəmmədəliyev ümumilikdə 21 seyvi var.

 

Qeyd edək ki, siyahının 2-ci pilləsində Deyl Kolinq (19 seyv, Cəbəllüttariq), 3-cü pilləsində isə Elia Benedettini (19 seyv, San Marino) qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti