Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün “transfer pəncərəsi”nin müddəti uzadılıb.
Sportarena.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, iyulun 5-də açılan dövr oktyabrın 10-dək davam edəcək.
Azərbaycan çempionatının iştirakçıları oyunçuların transferini və qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, daha 18 gün müddətində həyata keçirə bilərlər.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.