"Arsenal"ın kapitanı Qranit Caka koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, İsveçrə milli komandasının düşərgəsində olan 29 yaşlı yarımmüdafiəçinin COVİD-19 testi pozitiv çıxıb. Təcrübəli futbolçu karantinə alınıb.
Qeyd edək ki, Qranit Caka koronavirus əleyhinə vaksin vurdurmaqdan imtina etmişdi.