Kriştiano Ronaldonun forma nömrəsi açıqlandı

13:01 3 Sentyabr 2021

"Mançester Yunayted"ə qayıdan Kriştiano Ronaldonun klubundakı forma nömrəsi müəyyənləşib.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Mançester təmsilçisində 7 nömrəli forma ilə çıxış edəcək.

 

36 yaşlı oyunçu 2003-2009-cu illərdə də bu klubda 7 nömrəli forma ilə oynayıb.

 

Son olaraq hücumçu Edinson Kavani "Mançester Yunayted"də 7 nömrəli forma ilə çıxış edirdi . Premyer Liqa qaydaları nömrələrin dəyişdirilməsini qadağan edirdi, lakin Daniel Ceyms "Lids"ə qoşulmaq üçün klubu tərk edib. Bundan sonra Kavani Ceymsin 21 nömrəli formasını seçməyə qərar verib. Edinson Uruqvay millisində bu rəqəmlə oynayır.

 

Ronaldo isə "Mançester Yunayted" yeni 7 nömrəli futbolçusu olub. 


Digər xəbərlər

Xəbər xətti