"Legionisci" nəşri Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya"dakı oyunçuların 2020/21 mövsümündən indiyədək göstərdikləri nəticələri açıqlayıb.
Sportarena.az xəbər verir ki, yığmamızın futbolçusu Varşava təmsilçisinə transferindən sonra çıxdığı 12 matçda ümumilikdə 710 dəqiqə meydanda olub, 6 qol vurub və 1 qolun ötürməsini verib. Beləliklə, 24 yaşlı hücumçu "Legiya"nın ən çox fayda verən futbolçusu adını qazanıb.
Qeyd edək ki, Mahir iyunun 8-də "Legiya" ilə 3 illik müqavilə imzalayıb.