Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.
Sportarena.az xəbər verir ki, o, para-üzgüçümüz Roman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik nəticə göstərib və bütün rəqiblərini qabaqlayıb.
Bu, Roman Saleyin Tokio-2020-də 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.
Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci qızıl medalıdır.