Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Sportarena.az xəbər verir ki, "Dalğa Arena"da Türkiyə millisi ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olub. U-17-nin qolunu İbrahim İbrahimli vurub.
Sentyabrın 6-da bu komandalar arasında növbəti oyun keçiriləcək.