"Qalatasaray" komanda yoldaşını vuran futbolçuya ağır cəza verdi

12:43 4 Sentyabr 2021

"Qalatasaray" Super Liqanın I turunda "Giresunspor"la səfər oyununda (0:2) komanda yoldaşı Kərəm Aktürkoğlunu vuran futbolçusu Markaonu cərimələyib.

Sportarena.az xəbər verir ki, braziliyalı müdafiəçi qeyri-etik davranışına görə 150 min avro ödəməli olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə Futbol Federasiyası komanda yoldaşını vuran Markaonu 8 oyunluq diskvalifikasiya edib.

 

Qeyd edək ki, bir müddətdi komandadan ayrı olan Markao "Qalatasaray"ın dünən baş tutan məşqində kollektivlə birlikdə iştirak edib.


Digər xəbərlər

Xəbər xətti