“Qələbə qazanmaq üçün təcrübə çatmadı. Oyuna yaxşı başlamadıq. İlk 10 dəqiqədən sonra tədricən toparlandıq. Oyunumuzda inkişaf görünür. Rəqib hesabda geridə olduğu üçün daha çox hücum edəcəyi gözlənilən idi. İkinci hissədə əvəzləmə edərək oyunu daha çox hücumda keçirdilər. Bununla belə, rəqibi çətin vəziyyətlərə saldıq. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik".
Sportarena.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində səfərdə İrlandiya ilə 1:1 hesablı bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Buraxılan qol epizodunda topun meydanı tərk etdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq. Ümumi götürsək nəticəni qane hesab edirəm" - deyə o bildirib..
De Byazi heç vaxt futbolçularına müdafiədə oynamağı tapşırmadığını vurğulayıb: "Daha çox topla oynamalarını, pres tətbiq etmələrini istəmişəm. Taktiki baxımından yaxşı oyun göstərdik. Daha da inkişaf etməliyik. Rəqib reytinq cədvəlində irəlidə olsa da, bu fərq komandaların oyununda hissi olunmurdu. Son dəqiqələrdə oyuna sonradan daxil olan Rüstəm zədəli oynayırdı, tam gücü ilə çıxış etmirdi. Demək olar ki, azlıqda oynayırdıq. Belə olmasaydı rəqibin qapısında daha çox təhlükəli epizodlar yaradardıq".