Azərbaycan - Portuqaliya matçının hakim təyinatları açıqlandı

15:39 5 Sentyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportarena.az xəbər verir ki, matçı İtaliya Futbol Federasiyasından Marko Quida idarə edəcək.

Ona Filippo Meli və Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fabio Mareska yerinə yetirəcək.

Sentyabrın 7-i keçiriləcək Azərbaycan - Portuqaliya görüşü saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti