Portuqaliya ilə oyun üçün millimizə daha bir futbolçu çağırıldı

13:15 6 Sentyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev millinin heyətinə qoşulub.
 

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti