“Yuventus” Paolo Dibalani komandada saxlamaq istəyir.
Sportarena.az xəbər verir ki, “qoca sinyora” buna görə futbolçuya yeni müqavilə təklif edib.
Turin klubunun argentinalıya təklifi 4 illik müqavilə və 8, 5 milyon avro maaşdı. Ancaq Dibala illik 10 milyon avro maaş istəyir. Hələ ki, danışıqlar davam edir və tərəflərin ortaq məxərəcə gəlib-gəlməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.