Fransanın "Lill" klubunda avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, azarkeşlərin səsverməsindən sonra komandanın hücumçusu Burak Yılmaz bu ada layiq görülüb.
36 yaşlı türkiyəli hücumçu ötən ay "çoban itləri"ndə keçirdiyi 4 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.