DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Portuqaliya oyununda maraqlı hadisə baş verib. Sportarena.az xəbər verir ki, görüşün sonlarına yaxın meydançaya bir neçə azarkeş daxil olub.
Onlar rəqib futbolçu Bruno Fernandesə tərəf qaçıblar. Fanatlar İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən yarımmüdafiəçi ilə şəkil çəkdirib və daha sonra meydanı tərk ediblər.
Qarşılaşmanın final fiti səslənən anda da bir neçə azarkeş meydana daxil olub. Lakin onları arenanın təhlükəsizlik işçiləri dərhal saxlayıblar.
Qeyd edək ki, Portuqaliya millisi bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.