Şahruddin Məhəmmədəliyev azarkeşlərdən üzr istədi

01:48 8 Sentyabr 2021

DÇ-20220-nin seçmə mərhələsində uğursuz çıxışına davam edən Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu məğlubiyyətlərə görə azarkeşlərdən üzr istəyib:

 

"Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".

 

Azərbaycan millisi bu gün evdə Portuqaliya millisinə 0:3 hesabı ilə uduzub. Millimiz 5 oyundan sonra cəmi 1 xal toplayıb.


Digər xəbərlər

Xəbər xətti