Azərbaycanlı Avropa çempionu vəfat etdi

14:00 9 Sentyabr 2021

Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib.

Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. 73 yaşında dünyasını dəyişən Quliyev 1995 - 1998-ci illərdə MOİK-in rəisi vəzifəsində çalışıb.

 

O, dəfələrlə SSRİ çempionatının mükafatçısı, müxtəlif beynəlxalq turnirlərin medalçısı və Avropa çempionu olub.


Digər xəbərlər

Xəbər xətti