Millimizin qapıçısı ən yaxşılar sırasında yer alıb

14:25 9 Sentyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində 6-cı turunun oyunlarından sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

Sportarena.az xəbər verir ki, ən çox seyv edən qapıçılar sırasında Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev də yer alıb. Meydana çıxdığı 5 matçda 31 seyv edən 27 yaşlı qolkiper 3-cü yerdə qərarlaşıb.

 

İlk pillədə San Marinodan Elia Benedettinidir. O, 31 qurtarış edib.  Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 seyvlə ikinci sıradadır.


Digər xəbərlər

Xəbər xətti