İtaliya millisi məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir

15:03 9 Sentyabr 2021

İtaliya millisi məğlubiyyətsiz oyunlar seriyasını uzadıb.

Sportarena.az xəbər verir ki, komanda buna ötən gün DÇ-2022-nin seçmə mərhələsində Litvanı darmadağın etməklə (5:0) nail olub. Beləliklə, Roberto Mançininin komandası məğlubiyyətsiz oyunlar seriyasını 37-yə çatdırıb və öz dünya rekordunu yeniləyib. Yığma son dəfə 2018-ci ilin sentyabr ayında Millətlər Liqasında Portuqaliyaya uduzub (0:1). 

 

İtaliya millisinin bunadək ən yaxşı göstəricisi 1935-39-cu illərdə Vittoro Pozzonun baş məşqçiliyi altında 30 matçlıq məğlubiyyətsiz oyunlar seriyası olub.

Qeyd edək ki, İtaliya millisi ötən tur ardıcıl 36-cı matçında uduzmamaqla Braziliyaya və İspaniyaya məxsus 35 oyunluq dünya rekordunu qırıb.


Digər xəbərlər

Xəbər xətti