Qazaxıstan milli komandasının futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.
Sportarena.az xəbər verir ki, “Tobol”da çıxış edən yarımmüdafiəçinin dopinq testi müsbət nəticə verib. 27 yaşlı yarımmüdafiəçi bu səbəbdən, DÇ-2022-nin seçmə mərhələsinin Bosniya və Herseqovina ilə matçında (2:2) iştirak etməyib.
Ruslan DÇ-2022-nin seçmə mərhələsinin Ukrayna ilə ev oyununda (2:2) dubl edərək komandasını məğlubiyyətdən xilas etmişdi.