Yaponiya klublararası dünya çempionatından imtina edib.
Sportarena.az xəbər verir ki, Yaponiya Futbol Assosiasiyasının bu barədə FIFA-ya məlumat verib. Federasiya koronavirusa görə turniri keçirmək istəməyib.
Turnirin təşkili 9-19 dekabra nəzərdə tutulub. Yarış ötən il Çində keçirilməli olsa da, koronavirus pandemiyasına görə təxirə salınmış və ev sahibliyi Yaponiyaya verilmişdi.