Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsində topu ən çox ələ keçirən oyunçudur.
Sportarena.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi matçlar zamanı ümumilikdə 26 dəfə rəqiblərdən topu almağı bacarıb.
Slovakiya millisinin müdafiəçisi Petar Stoyanoviç (18) 2-ci sırada qərarlaşıb. Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə 3-cüdür. Polşanın "Visla" (Plotsk) komandasında oynayan futbolçu 17 dəfə topu ələ keçirib.
Xatırladaq ki, A qrupunda mübarizə aparan Azərbaycan 5 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.