Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub. Məhz bundan sonra federasiya rəsmiləri Günəşlə yollara davam etmək istəməyib.