Premyer Liqanın 3-cü turunda 3-cü turunda evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzan "Sabah"ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, o, yenilgini şərh edib:
- Danışılası çox şey yoxdu. Rəqib komandanı təbrik edirəm. Müdafiədə buraxdığımız uşaq səhv qolla nəticələndi. Bundan sonra oyunu dəyişə bilmədik.
- Komandada istəksizlik görünür. Bunun səbəbi nədi?
- Mən belə deməzdim. Artıq 3-cü turdayıq. Məğlubiyyətlər, qol vura bilməməyimiz komandada inamsızlıq yaradır. Bu da başa düşüləndi.
- İkinci hisədə topun dirəkən döndüyü epozod var. Bu haqda nə deyə bilərsiz? VAR sisstemi olsaydı, həmin epizodda qol qərarı verilə bilərdi.
- Tək həmin epizodu götürmürəm. Murad Musayevin Mikkelsə qarşı qaydanı pozduğu epizod var. Bu, qırmızı vərəqəyə oxşayırdı. VAR olsaydı, yaxşı olardı. Amma bu gün yoxdursa, bununla barışmalıyıq.
- Bu vəziyyətdən çıxmaq üçün hansı planınız var?
- Konfrans Liqası istəyi olan komandanın 3 məğlubiyyəti varsa, bunun çıxış yolu olmalıdı. Yəqin ki, bu vəziyyəti dəyərləndirəcəyik.
- Belə bir iddia var ki, komandada rahat işləməyiniz üçün şərait yoxdu.
- Komandanın içində hər şey normaldı. Amma məğlubiyyətlər heç kəsə xoş deyil. Daxildə işimi görməyə mane olan heç nə yoxdu.