"Mançester Yunayted"in yeni transferi Kriştiano Ronaldo "qırmızı şeytanlar"a qayıdışından sonra çıxdığı ilk oyun haqqında fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, görüşdə dubl edən 36 yaşlı hücumçu öz İnstaqram hesabında etdiyi paylaşımda qeyd edib:
"Old Trafford'da oynamağım bu stadionun niyə xəyallar teatrı kimi təsəvvür edilməsinə qısa bir cavabdır. Mənim üçün bura həmişə sehrli olub. İstədiyiniz hər şeyi burada əldə edilə bilərsiniz. Komanda yoldaşlarımız və azarkeşlərimizin böyük dəstəyi ilə birlikdə inam və nikbinliklə irəliləyirik. Sonda qələbəni hamımız birlikdə qeyd edəcəyik. "Mançester Yunayted"ə qayıtmaqdan və yenidən Premyer Liqada oynamaqdan qürur duyuram. Ancaq hər şeydən əvvəl komandama kömək etdiyim üçün xoşbəxtəm!".
Qeyd edək ki, Ronaldo avqustun 31-i "Mançester Yunayted" ilə 2+1 illik müqavilə imzalayıb.