Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də oynadığı “Legiya” Polşa çempionatında növbəti matçına çıxıb.
Sportarena.az xəbər verir ki, Varşava təmsilçisi 7-ci turda səfərdə “Slask Vroslav”la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Mahir matçın 46-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Legiya” turnir cədvəlində 6 xalla 15-ci pillədədir. "Legiya" rəqibləri ilə müqayisədə 2 oyun az keçirib.