Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib.
"Mançester Yunayted" "Yanq Boyz"un qonağı olub. "Sevilya" "Zaltsburq"u qəbul edib.
Gecənin ən çox marağla gözlənilən qarşılaşmasında "Barselona" doğma meydanda "Bavariya" ilə üz-üzə gəlib. Bu qrupun digər oyununda "Benfika" "Dinamo" ilə qarşılaşıb.
ÇL-in son qalibi "Çelsi" "Zenit"i qəbul edib. "Malmö" isə "Yuventus" ilə üz-üzə gəlib.
Çempionlar Liqası
Qrup mərhələsi, 1-ci tur
14 sentyabr
E qrupu
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) 0:3
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) 0:0
F qrupu
20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) 2:1
23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) 2:2
G qrupu
20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) 1:1
23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) 0:0
H qrupu
23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) 1:0
23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) 0:3