“Roma” İtaliya A seriyasının 3-cü turunda “Sassuolo”nu məğlub edib.
Sportarena.az xəbər verir ki, bu qarşılaşma paytaxt klubunun çalışdırıcısı Joze Mourinyo üçün əlamətdar olub. Portuqaliyalı mütəxəssis baş məşqçi kimi 1000-ci oyununa çıxıb.
2000-ci ildən məşqçiliyə başlayan Mourinyo 1000 matçda 638 qələbə qazanıb. 58 yaşlı mütəxəssis 204 heç-heçə edib və 158 dəfə də məğlub olub.
Qeyd edək ki, Mourinyo karyerası ərzində Portuqaliyada “Benfika”, “Leyriya”, “Portu”, İngiltərədə “Mançester Yunayted”, “Çelsi”, “Tottenhem”, İtaliyada “İnter”, İspaniyada “Real” kimi klublarda çalışıb. O, Portuqaliya, İngiltərə, İtaliya, İspaniya çempionu olub, Çempionlar Liqası və Avropa Liqasını qazanıb.