UEFA: "Qarabağ" Bakıda hər üç oyunda qol buraxmayıb, amma qrup mərhələsində 13 oyundur ki, qələbəsiz qalıb"

15:58 14 Sentyabr 2021

UEFA-nın rəsmi saytı Konfrans Liqasının H qrupununun “Qarabağ” – “Bazel” matçı haqda yazıb və ağdamlıların avrokubokların qrup mərhələsindəki ev oyunlarının statistikası barədə məlumat verib. 

Sportarena.az xəbər verir ki, rəsmi qurum Ağdam təmsilçisinin qrup mərhələsindəki oyunlarından belə yazıb: "Qarabağ" bu mövsüm Bakıda keçirdiyi 3 avrokubok matçının heç birində qol buraxmayıb. Amma qrup mərhələsində 13 matçdır ki, komanda qələbə qazana bilmir. Bu 13 oyundan 9-da "Qarabağ" uduzub.

Ötən mövsüm isə komanda qrup oyunlarını İstanbulda keçirib. "Qarabağ"ın qrupdakı son qələbəsi, 2016/2017 mövsümündə Avropa Liqasının qrup oyununa təsadüf edir. Həmin vaxtı ağdamlılar PAOK-a(2:0) qalib gəlib".

"Qarabağ" – "Bazel" matçı sentyabrın 16-da Bakı Olimpiya Stadionun saat 20-45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti