Türkiyə millisi almaniyalı baş məşqçiyə tapşırılır

02:18 15 Sentyabr 2021

Türkiyə millisini almaniyalı mütəxəssis Ştefan Kunts çalışdıra bilər.

 

Sportarena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis İstanbulda federasiya rəhbərliyi ilə görüşüb və ilkin razılıq əldə edilib.

 

Kunts hazırda Almaniyanın U-23 yığmasını çalışdırır. O, Almaniya Futbol Federasiyası ilə müqaviləsini ləğv etməyə çalışacaq.

 

Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş sentyabrın 10-da istefaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti