Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Beşiktaş"ın qonağı olacaq "Borussiya"nın heyətində ciddi itkilər var.
Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisi İstanbuldakı "Vodafone Park"da keçiriləcək matça 6 itki ilə çıxacaq. Komandanın heyətində Əmrə Can, Covanni Reyna, Torqan Hazard, Dan-Aksel Zaqadu, Marsel Şmelser və Niko Şults oynamayacaqlar.
Qeyd edək ki, qarşılaşma sentyabrın 15-i Bakı vaxtı ilə 20:45-də başlayacaq.