“Sumqayıt” akademiyasının 6 futbolçusu ilə peşəkar müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapıçı Xəyal Fərzullayev, müdafiəçilər Nihad Ağayev, Nurlan Bayramov, yarımmüdafiəçilər Tural Axverdiyev, Rüstəm Hümbətov və hücumçu Əjdər Hacılı 3 illik müqavilə imzalanıb.