Azərbaycan millisinin üzvü Mahir Emrelinin də oynadığı "Legiya" (Polşa) Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb.
Sportarena.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə Moskva "Spartak"ı ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib. M.Emreli oyuna start heyətdə çıxıb və 82-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.
Qeyd edək ki, "Legiya"nın yer aldığı C qrupunda "Spartak"la yanaşı, "Lester" (İngiltərə) və "Napoli" (İtaliya) də mübarizə aparır.