Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

11:08 17 Sentyabr 2021

Avrokuboklarda qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Sportarena.az xəbər verir ki, Konfrans Liqasının H qrupunun ilk turunda Bakıda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə edən "Qarabağ" Azərbaycanın aktivinə daha 0.125 xal yazdırıb.
 
Bununla da cari mövsümdə ölkəmizin xal sayı 2.375-ə, son 5 mövsümdə ümumi xal sayı isə 15.000-ə çatıb. Bu nəticəylə Sloveniyanı qabaqlayan Azərbaycan hazırda 29-cu pillədə qərarlaşıb.
 
Ən yaxın izləyicimiz olan 31-ci pillədəki Slovakiya 14.500 xala malikdir. Azərbaycanı qabaqlayaraq 28-ci pilləyə yüksələn Polşanın isə 15.375 xalı var.
 
“Qarabağ”la eyni qrupda yer alan komandaların təmsil etdikləri ölkələrə gəlincə, “Bazel”li İsveçrə 26.425 xalla 14-cüdür. “Omoniya” ilə təmsil olunan Kipr 24.375 xalla 16-cı pillədə qərarlaşıb. “Kayrat”lı Qazaxıstan isə 15.500 xalla 28-cidiri.
 
Siyahıya 89.498 xalla İngiltərə başçılıq edir. Bu ölkəni İspaniya (81.713) və İtaliya (64.616) izləyir.


Digər xəbərlər

Xəbər xətti