“Qarabağ” UEFA-nın məşhur sponsorunun adını reklam löhvəsindən çıxartdırdı

13:00 17 Sentyabr 2021

“Qarabağ” UEFA Konfrans Liqasında “Bazel”lə matç üçün keçirilən mətbuat konfransları zamanı qoyulan reklam löhvələrindən “Bwin” mərc şirkətinin reklamlarını çıxartdırıb. Ağdam klubu bunu adıçəkilən şirkətin fəaliyyətinin Azərbaycanda qadağan olunması ilə əlaqələndirib.
 
Klub UEFA-ya bildirib ki, “Bwin” ölkəmizdə qeyri-qanuni mərc şirkəti hesab olunduğu üçün adı löhvədən çıxarılmalıdır.
 
UEFA da “Qarabağ”ın bu istəyini yerinə yetirib.
 
Qitə futbol qurumunun qaydalarına görə ölkələrin daxili qanunlarına hörmət göstərilməlidir (qafqazinfo).


Digər xəbərlər

Xəbər xətti