Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Türkiyə yığmasını çalışdıra bilər.
Sportarena.az xəbər verir ki, 44 yaşlı mütəxəssis "ay-ulduzlular" üçün əsas namizədlərdən biridir. Şevçenko Ukrayna mətbuatına açıqlamasında Türkiyə Futbol Federasiyası ilə razılığa gəlməsi haqqında danışmağın tez olduğunu bildirib.
Xatırladaq ki, 5 il Ukrayan millisini çalışdıran Şevçenko bu yay yığmadan ayrılıb.