AFFA-dan “Neftçi” və “Qarabağ”a xəbərdarlıq

14:24 17 Sentyabr 2021

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, toplantıda Premyer Liqanın III turunda baş verənlər barədə qərarlar verilib.

 “Zirə” ilə görüşdə “Keşlə”nin futbolçusu Abanq Anatole “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub isə 2400 manat cərimə olunub.

“Qəbələ” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah”  800 manat cərimə olunub. Eyni cəza “Qarabağ”a uduzan “Neftçi”yə də verilib. Komitə eyni zamanda “Neftçi” və “Qarabağ” klublarına ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barədə xəbərdarlıq edib.


Digər xəbərlər

Xəbər xətti