Konfrans Liqasının qrup mərhələsində 1-ci turdan sonra komandaların statistik göstəricilər açıqlanıb.
Sportarena.az xəbər verir ki, "Bazel"lə (İsveçrə) Bakıda 0:0 hesablı heç-heçəyə razılaşan "Qarabağ" ən yaxşılar arasına düşməyi bacarıb. Ağdam təmsilçisi 58 faiz topa sahib olma ilə oynayıb və bu göstəricidə 6-cı olub. Həmçinin "Qarabağ" ən çox küncdən zərbə yerinə yetirən ikinci komandadır - 8 küncdən zərbə. Birinci pillədə isə Niderlandın "Vitesse" (12) klubudur.
Qeyd edək ki, "Qarabağ" H qrupunda "Bazel"lə yanaşı, "Omoniya" (Kipr) və "Kayrat"la (Qazaxıstan) da mübarizə aparacaq.