“Sumqayıt” cənubi azərbaycanlı hücumçu transfer etdi

10:13 18 Sentyabr 2021

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” cənubi azərbaycanlı hücumçu Səid Rzanı transfer edib.


Sportarena.az xəbər verir ki, onunla 1 illik müqavilə imzalanıb. Yeni transfer komandada 23 nömrəli formada çıxış edəcək.


Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son olaraq “Aluminium”da (İran) oynayıb. O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti