“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borjes Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda “Bazel”lə oyundan (0:0) sonra sosial şəbəkə hesabında paylaşım edib.
Sportarena.az xəbər verir ki, o, instaqram hesabında yazıb:
“Uşaqlıq xəyallarını gerçəkləşdirmək necə də xoşdur. Buna nail olmaq asan olmadı. Amma bütün məşqlərə, çətin anlara, göz yaşlarına görə Tanrıya şükür edirəm. Bu gün (dünən-red) ilk avrokubok matçıma çıxdım. Necə də gözəl hisslərdir. Hər şeyə görə Tanrıya və həmişə yanımda olduğu üçün ailəmə təşəkkür edirəm”.