Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi

13:00 18 Sentyabr 2021

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib. 

Sportarena.az xəbər verir ki, idmançı tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb. Yüngül çəki dərəcəsində “AMC Fight Nights” çempionu olan Abbasov titul döyüşündə  rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb.

 

Rusiyanın paytaxtı Moskvada təşkil olunan döyüşün taleyini ilk raundda həll edən Nəriman texniki nokautla qalib gəlib. İdmançımız bununla da “AMC Fight Nights”ın çempionu titulunu qoruyub.

Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü olub. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Sözügedən görüş isə Abbasovun karyerasında 30-cu döyüş olub. Yalnız üç dəfə uduzan idmançı 27-ci qələbəsini qazanıb.


Digər xəbərlər

Xəbər xətti