İspaniyanın “Real” klubunun zədəli futbolçusu Ferlan Mendi daha bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Sportarena.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Xəbərdə, fransalı müdafiəçinin daha 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Mendi may ayından bəri futbol oynamır. Fransa millisinin də üzvü olan futbolçu, 2019-cu ildən Madrid təmsilçisinin formasını geyinir. O, əvvəllər “Havr” və “Olimpik” (Lion) klublarının da uğurları üçün çalışıb.