Azərbaycan milli komandasının forvardı Mahir Emreli Polşa çempionatında qol hesabını açması üçün növbəti şansı yaranıb.
Sportarena.az xəbər verir ki, Emrelinin komandası "Legiya"(Varşava) 8-ci tur çərçivəsində "Qurnik"i qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19.30-da start götürəcək.
"Legiya" 5 oyundan 6 xalla 16-cı pillədə qərarlaşıb.