Namiq Ələsgərovun baş məşqçisi istefaya göndərildi

02:18 20 Sentyabr 2021

Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu. "Timsahlar" onun rəhbərliyi ilə keçirdiyi 4 oyunda 4 xal qazanıb.

 

Bu, Bursa təmsilçisində yeni mövsümdə 2-ci baş məşqçi istefasıdır.


Digər xəbərlər

Xəbər xətti