İngiltərə Premyer Liqasında 5-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə üç matç keçirilib.
“Mançester Yunayted” səfərdə “Vest Hem”ə, "Brayton" evdə "Lester"ə 2:1 hesabı ilə qalib gəlib. “Tottenhem” isə doğma meydanda “Çelsi”yə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, turnir cədvəlində 13 xalla "Çelsi, "Liverpul" və "Mançester Yunayted" 1-3-cü pillələri bölüşdürürlər.
19 sentyabr
"Brayton" – "Lester" - 2:1
Qollar: Maupay, 35-pen, Uelbek, 50 – Vardi, 61
"Vest Hem" – "Mançester Yunayted" - 1:2
Qollar: Benrahma, 30 – Ronaldo, 35, Linqard, 89
"Tottenhem" – "Çelsi" - 0:3
Qollar: Silva, 49, Kante, 57, Rüdiger, 90+2