İspaniya çempionatı: "Real"dan növbəti 3 xal

03:39 20 Sentyabr 2021

La Liqada 5-ci turun daha 4 oyunu keçirilib.

Sportarena.az xəbər verir ki, “Betis” – “Espanyol” matçında qalib müəyyənləşməyib - 2:2.
 
“Malyorka” – “Vilyarreal” və “Real Sosyedad” – “Sevilya” görüşlərində isə hesab açılmayıb.
 
Günün son oyununda “Real”  “Valensiya” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, turnir cədvəlinə 13 xalla "Real" başçılıq edir. "Atletiko" 11 xalla 2-ci, "Valensiya" 10 xalla 3-cüdür.

19 sentyabr
 
"Malyorka" – "Vilyarreal" - 0:0
 
"Real Sosyedad" – "Sevilya" - 0:0
 
"Betis" – "Espanyol" - 2:2
Qollar
: Xose, 41, Fekir, 45+4 – Vidal, 16, Kabrera, 90+7
 
"Valensiya" – "Real" - 1:2
Qollar
: Duro, 66 – Vinisius, 86,  Benzema, 88


Xəbər xətti