Türkiyə Superliqası tarixinin ən erkən qolu vuruldu

12:22 23 Sentyabr 2021

Türkiyə Superliqasında rekorda imza atılıb.

Sportarena.az xəbər verir ki, "Qaziantep"in hücumçusu Məhəmməd Dəmir ölkə çempionatları tarixində ən erkən qolu vurub.

O, bunu 5-ci tur çərçivəsində "Başakşəhər"ə qarşı keçirilən oyunda edib. Matçın 10-cu saniyəsində qol vuran Dəmir Superliqa tarixinin ən erkən qolunu vurmuş olub.

Dəmirə qədər isə rekord "Dənizlispor"un sabiq forvardı Derril Robertsə məxsus idi. O, 2008-ci ildə “Əskişəhəspor”la matçın (3:4) 12-ci saniyəsində fərqlənə bilmişdi.

Yeri gəlmişkən, “Qaziantep” Dəmirin tarixə keçən qolu sayəsində rəqibini 1:0 məğlub edib. 


Digər xəbərlər

Xəbər xətti