“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Super Liqanın 6-cı turunda “Kayserispor”a məğlub olduqları oyunu şərh edib. Sportarena.az xəbər verir ki, Terim, 0:3 hesabıyla bitən qarşılaşma ilə bağlı bunları deyib:
“Xal itirmək istəməzdik, amma bu, futboldur. Belə itkilərin mövsümün əvvəlində olması daha yaxşıdır. Biz “Qalayasaray”ıq, belə şeyləri çox görmüşük. Bu vəziyyətdən çıxmağı yaxşı bilirik.
“Qalatasaray”lılar bilməlidirlər ki, nəticə olmasa da, biz düz yoldayıq. Məyus olmağa ehtiyac yoxdur. Biz hər oyunçunun nə etmək istədiyini, necə olduğunu yaxşı bilirik. Narahat olmasınlar. Qarşıda vaxtımız var, bunları düzəldəcəyik”.
Qeyd edək ki, “Qalatasaray” fanatları Kayseridəki məğlubiyyətdən sonra xüsusilə sosial şəbəkələrdə kütləvi şəkildə Terimin istefa verməsini tələb edirlər. Komanda bu mövsüm Super Liqada keçirdiyi 6 oyunda 8 xal toplayıb və 11-ci sırada qərarlaşıb.