Fransa Liqa 1-inin 7-ci turunda “Anje” – “Marsel” matçından sonra azarkeşlər arasında kütləvi dava yaşanıb.
Sportarena.az xəbər verir ki, oyunun başa çatmasının ardından qonaq komandanın azarkeşləri meydana daxil olublar. Onlar rəqib fanatlara tərəf qaçıblar. Nəticədə hər iki tərəfin azarkeşləri arasında iğtişaş yaşanıb. Həmçinin stadionun avadanlıqlarına da zərər dəydiyi bildirilib.
Qeyd edək ki, matç 0:0 hesabı ilə başa çatıb.