“Omoniya” – “Qarabağ” matçının biletləri satışa çıxarılır

09:23 24 Sentyabr 2021

Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Omoniya” - “Qarabağ” oyununun biletləri sentyabrın 24-dən satışda olacaq.

 

Sportarena.az xəbər verir ki, qiymətlər sektorlara uyğun olaraq 5-125 avro arasında dəyişir. Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.

 

Sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.


Xəbər xətti